Bakı. 3 yanvar. REPORT.AZ/ Yeni video yayımlayan "Əl-Şabab" terror qruplaşması ABŞ-da polisin pis rəftarına və prezidentliyə namizəd Donald Trampın müsəlmanların ABŞ-a buraxılmaması çağırışına diqqət çəkib.
"Report"un "Amerikanın səsi"nə istinadən verdiyi xəbərə görə, Somalidə fəaliyyən göstərən "Əl-Şabab" qruplaşması ilk dəfə olaraq öz təbliğatında amerikalı milyarderin fikirlərinə yer verib.
Xatırladaq ki, AŞD-da prezidentliyə namizəd Hillari Klinton keçən ay bəyan etmişdi ki, "İŞİD" qruplaşması Donald Trampın İslamı və Müsəlmanları təhqir etməsindən istifadə edərək öz tərəflərinə yeni radikal cihadçı qüvvələr cəlb etməyə çalışır.