Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İran rəsmiləri Səudiyyə Ərəbistanının diplomatik nümayəndəlikləri yaxınlığında toplaşmama çağırışı edib

İran rəsmiləri Səudiyyə Ərəbistanının diplomatik nümayəndəlikləri yaxınlığında toplaşmama çağırışı edib

Date: 3 January 2016 04:57

Bakı. 3 yanvar. REPORT.AZ/ İranın Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına Səudiyyə Ərəbistanının diplomatik nümayəndəlikləri yaxınlığında toplaşmama çağırışı edib.
"Report"un "Gazeta.Ru"ya istinadən verdiyi xəbərə görə, XİN rəsmisi Hüseyn Caber Ansari bildirib ki, Şiə din xadimi Nimr ən-Nimrin Səudiyyə Ərəbistanında edam edilməsi ilə bağlı etirazları anlayışla qarşılayır. Bununla belə, ölkə vətəndaşları Səudiyyə Ərəbistanının diplomatik nümayəndəlikləri yaxınlığında toplaşmamalıdır. 
"Diplomatik nümayəndəliklərin qoruyan təhlükəsizlik xidmətinin əməkdaşları istənilən qarşıdurma ilə bağlı məsuliyyət daşıyır", - deyə Caber Ansari xatırladıb.
Ötən axşam Tehranda iranlı tələbələr Səudiyyə Ərəbistanın səfirliyi qarşısında etiraz aksiyası keçiriblər. Həmçinin, Məşhəddə Səudiyyə Ərəbistanının konsulluq binası yandırılıb.
Xatırladaq ki, ötən gün əvvəl Səudiyyə Ərəbistanında 47 nəfər edam olunub. Onların əksəriyyəti 2003-2006-cı illərdə “Əl-Qaidə” qruplaşması tərəfindən bir sıra neft və müdafiə obyektlərində, həmçinin Ciddə şəhərində yerləşən ABŞ səfirliyində terror aktlarının hazırlanmasında və həyata keçirilməsində ittiham edilib.

Tags:  İran rəsmiləri Səudiyyə Ərəbistanının diplomatik nümayəndəlikləri yaxınlığında toplaşmama çağırışı edib


RƏYLƏR


Top news