Türk hakerlər Rusiya rabitə naziri Nikolay Nikiforovun “Instagram” səhifəsini dağıdıblar. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, nazirin sosial şəbəkədəki səhifəsində dərc olunan məlumatda akkauntun “Börteçine Siber Tim” türk haker qrupu tərəfindən qırıldığı qeyd edilir. Səhifədə, həmçinin, Türkiyə bayrağı və təyyarəsinin əks olunduğu, ingilis və türkcə imzalanmış bir neçə fotoşəkillər yerləşdirilib.