Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

“Real” Kriştianu Ronaldoya 60 milyon avro qiymət qoyub

“Real” Kriştianu Ronaldoya 60 milyon avro qiymət qoyub

Date: 3 January 2016 08:18


Bakı, 3 yanvar, AZƏRTAC
Madridin “Real” klubu öz lideri portuqaliyalı hücumçu Kriştianu Ronaldonu bu yay 60 milyon avroya satmağa hazırlaşır.
AZƏRTAC sportbox.ru saytına istinadla xəbər verir ki, transferə klubun prezidenti Florentino Peresin heyəti ciddi surətdə yeniləmək, həmçinin əməkhaqqı cədvəlini yüngülləşdirmək istəyi səbəb olub.
Otuz yaşlı Ronaldo Madrid klubunda 2009-cu ildən çıxış edir. O, klubun heyətində 323 oyun keçirib, 338 qol vurub və 109 məhsuldar ötürmə edib. Hücumçunun potensial alıcıları sırasında Fransanın “PSJ” və İngiltərənin “Mançester Yunayted” klublarının adı çəkilir.

Tags:  Real Kriştianu Ronaldoya 60 milyon avro qiymət qoyub


RƏYLƏR


Top news