Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

ABŞ-ın Missuri ştatında fövqəladə vəziyyət elan olunub

Date: 3 January 2016 09:03


Bakı, 2 yanvar, AZƏRTAC
ABŞ prezidenti Barak Obama daşqınlardan ciddi surətdə zərər çəkmiş Missuri ştatında fövqəladə vəziyyət elan edib.
AZƏRTAC RİA.novosti informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Ağ ev məlumat yayıb. Prezident təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün ştata əlavə federal yardım göstərilməsini qərara alıb. Məlumatda qeyd olunur ki, dekabrın 22-dən başlayaraq bu günədək davam edən fırtına, tornado, güclü külək və daşqınlar səbəbindən ştatda fövqəladə şərait yaranıb.
Ölkənin qərbində baş verən daşqınlar azı 31 nəfərin ölümünə səbəb olub.

Tags:  ABŞ-ın Missuri ştatında fövqəladə vəziyyət elan olunub


RƏYLƏR


Top news