Sabirabadda fərdi yaşayış evində yanğın baş verib

09:22 3 Yanvar 2016
20 Sosial
Ölkə mətbuatı
A- A+

"Report" xəbər verir ki, hadisə gecə saat 04:40 radələrində rayonun Yolçubəyli kəndində qeydə alınıb. Kənd sakini, 50 yaşlı Mübariz Əliqulu oğlu Gözəlova məxsus 2 otaq, 1 aynabənd və 1 mətbəxdən ibarət fərdi yaşayış evinin mətbəxi yanıb. 
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Sabirabad Yanğından Mühafizə Hissəsinə məxsus 2 yanğınsöndürən maşın cəlb olunub. Yanğınsöndürənlər mətbəxdə başlayan alovun otaqlara keçməsinin qarşısını alıblar. Buna baxmayaraq 15 kvadratmetrlik mətbəx yanaraq yararsız hala düşüb.
Faktla bağlı araşdırma aparılır. 

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/sabirabadda-ferdi-yasayis-evinde-yangin-bas

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR