Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Düşmənə 120 atəş zərbəsi endirilib

Düşmənə 120 atəş zərbəsi endirilib

Ordumuz ermənilərin qərargahını darmadağın etdi - VİDEO (02 Mart 2017 10:18)
Azərbaycan MN: Ermənistan silahlı qüvvələrinin dayaq məntəqələrinin qərargahına cavab zərbəsi endirilib (02 Mart 2017 10:17)
İraq ordusu 77 İŞİD üzvünü məhv edib (13 Fevral 2017 21:47)

Tarix: 3 Yanvar 2016 10:12

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 115 dəfə pozub.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Ermənistan Respublikası İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Goranboy rayonunun Talış, Gülüstan, Tərtər rayonunun Göyarx, Çiləbürt, Ağdam rayonunun Şıxlar, Cəvahirli, Sarıcalı, Kəngərli, Novruzlu, Şuraabad, Yusifcanlı, Mərzili, Qaraqaşlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 120 dəfə atəş zərbəsi endirib.

Milli.Az


Teqlər:  Düşmənə 120 atəş zərbəsi endirilib



RƏYLƏR


Top xəbərlər