Lalə Məmmədova tənqidlərə əsəbiləşdi - fotolar

Lalə Məmmədova tənqidlərə əsəbiləşdi -  fotolar
10:21 3 Yanvar 2016
58 Şou
Ölkə mətbuatı
A- A+

Əməkdar artist Lalə Məmmədova sosial şəbəkədə ünvanına yazılan tənqidlərə əsəbiləşib.

Axşam.az-ın məlumatına görə, müğənni paylaşdığı şəkilləri qınayanlara cavab verib:

"Dünəndən sosial şəbəkədə paylaşdığım şəkillərin altından yazılan şərhləri oxudum. Bəziləriniz ürəkdən təəssüf hissi ilə, bəziləriniz sanki çoxdandı ürəyində qalan antipatiyasını izah etmək üçün 1 məqam axtarırmış kimi, bəziləriniz isə etik normaları aşaraq fikirlər yazmısınız. Hamınızın fikrinə hörmətlə yanaşıram. Amma bir məqama diqqət yetirməlisiniz: mən həm müğənni, həm də aktrisayam. Bu şəkillər retro stilindədir, yəni 19-cu əsrin sonrları 20-ci əsrin əvvəllərini əks etdirir. Şəkillər iş prosesi zamanı çəkilib. Bu alışdığınız Lalə deyil, obrazdır. Bir az diqqətli və anlayışlı olun. Hamınız mənim üçün dəyərlisiniz".




Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=43535

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR