Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qəddafi Putinin qızına elçi düşübmüş - FOTO

Qəddafi Putinin qızına elçi düşübmüş - FOTO

Date: 3 January 2016 10:32

"Ərəb Baharı" inqilabi hərəkatının qurbanlarından olan Liviyanın sabiq prezidenti Muammər Qəddafinin Rusiya prezidentinin qızlarından biri üçün elçi düşdüyü iddia olunur. Anspress-in məlumatına görə, sabiq prezident oğlu Seyfulislam Qəddafini Putinin qızı ilə evləndirərək Rusiya prezidenti ilə qohum olmağa cəhd edib. 


Seyfulislam Qəddafi 

Bu iddiaları, Muammər Qəddafinin müşavirlərindən Məhəmməf Əbdülmüttəlib əl Huni "əl Ərəbiyyə"yə verdiyi müsahibədə irəli sürüb. Əl Huni bunun siyasi bir evlilik olacağını, baş tutarsa, hədəfin ölkələr arasında daha yaxın münasibət olduğunu bildirib. Sabiq müşavir Qəddafinin bu barədə Putinlə danışdığını, Rusiya prezidentinin bu təklifə çox təəccübləndiyini deyib:

"Qəddafi bu mövzuda Putinlə söhbət etdi. Amma Rusiya dövlət başçısı bu təklifə çox təəccübləndi və qızının Seyfulislamı tanımadığını bildirdi." 


Mariya və Katerina Putin - Vladimir Putinin qızları 

Qəddafi 2011-ci ildə bölgəni öz təsiri altına alan "Ərəb Baharı" hərəkatı vaxtı əvvəl vəzifəsini, daha sonra üsyançıların əlinə keçərək həyatını itirmişdi. Ata Qəddafinin ölümündən sonra oğlu Seyfulislam Qəddafi müxaliflərin əlinə keçmişdi. Tripolidəki məhkəmələrdən biri onun barəsində edam hökmü versə də, oğul Qəddafi hələ də silahlıların əlində əsirdir. 

Qəddafinin Putinin hansı qızına elçi düşməsi barədə isə məlumat verilməyib. 

Milli.Az


Tags:  Qəddafi Putinin qızına elçi düşübmüş FOTO


RƏYLƏR


Top news