Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Yanan və dağıdılan Səudiyyə Ərəbistanı konsulluğunun FOTOları

Yanan və dağıdılan Səudiyyə Ərəbistanı konsulluğunun FOTOları

Date: 3 January 2016 11:22

İranın Məşhəd şəhərində keçirilən etiraz zamanı Səudiyyə Ərəbistanı konsulluq binasının bir hissəsi yandırılıb. 

Musavat.com İran mətbuatına istinadən bildirir ki, şiə alim ayətullah Nimr ən-Nimrin edamına etiraz edən nümayişçilər konsulluğa hücum edib, Səudiyyə Ərəbistanı bayrağını endiriblər. Daha sonra binaya od vurulub. Sosial şəbəkələrdə yanan və dağıdılan konsulluq binasının fotoları yayılıb. 

Xatırladaq ki, bu ilin yanvarın 2-də səhər saatlarında İrana meylli radikal şiə axundu, şeyx Nimr Baqir əl-Nimr Səudiyyə Ərəbistanında edam edilib. O, terrorçu fəaliyyətlərdə günahlandırılırdı. Axund Nimr Baqir əl-Nimr ilə birgə həmin gün 47 nəfər Səudiyyə Ərəbistanında ictimai asayişi pozmaqda, ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda ittiham olunaraq edam edilib.

Milli.Az










Tags:  Yanan dağıdılan Səudiyyə Ərəbistanı konsulluğunun FOTOları


RƏYLƏR


Top news