Rihannanı döyən müğənni yeni qalmaqalda

Rihannanı döyən müğənni yeni qalmaqalda
11:42 3 Yanvar 2016
18 Digər
Ölkə mətbuatı
A- A+

Amerikalı müğənni Kris Braunun adı yenidən qalmaqalda hallanır. Bu dəfə məşhur R&B -ifaçısı Las-Veqasda qadın döyməkdə ittiham olunur.

Anspress-in məlumatına görə, zərərçəkən Lizyen Qutyerres iddia edir ki, müğənni onu üzündən vurub. Nəticədə xanımın sağ gözünün altı qaralıb. Kris Braunun belə aqressiv hərəkətinə səbəb isə xanımın onu mobil telefona çəkmək istəyi olub. 

İnsident yanvarın 2-si müğənninin "Palms Hotel" mehmanxanasındakı nömrəsində qeydə alınıb. Hadisədən sonra otaqdan çıxan Lizyen dərhal polis çağırıb. Hüquq-mühafizə orqanları araşdırmaya başlayıblar. 

Müğənninin nümayəndəsinin sözlərinə görə, Brauna qarşı iddialar əsassızdır. 

Kris Braunun adı mütəmadi olaraq qalmaqallarda hallanır. Bu, onun polislə olan ilk problemi deyil. 2009-cu ildə o, sevgilisi Rihannanı döyməsinə görə 5 il şərti cəza alıb. 

Kris Braun və Rihanna

Kris qıza avtomobildə çoxsaylı bədən xəsarətləri yetirib hadisə yerində qaçmışdı. Az sonra müğənnni polis bölməsinə gələrək təslim olub və burada həbs olunub. 

Bir neçə il sonra Kris Braun əməlindən peşman olduğunu və Rihanna ilə yenidən münasibətlərini bərpa etmək istədiyini bəyan edib. 2012-ci ildə cütlük "Birthaday Cake" mahnısına birgə klip çəkiblər. Bu ilin sentyabrında isə Braun boğazında döyülən qadın təsvir edən döymə edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/394906.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR