Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ronaldu satılır - 60 milyona

Ronaldu satılır - 60 milyona

Date: 3 January 2016 11:47

Madridin "Real" klubu öz lideri portuqaliyalı hücumçu Kriştianu Ronaldunu bu yay 60 milyon avroya satmağa hazırlaşır.

Milli.Az AZƏRTAC-a istinadən verdiyi məlumata görə, transferə klubun prezidenti Florentino Peresin heyəti ciddi surətdə yeniləmək, həmçinin əməkhaqqı cədvəlini yüngülləşdirmək istəyi səbəb olub.

Otuz yaşlı Ronaldo Madrid klubunda 2009-cu ildən çıxış edir. O, klubun heyətində 323 oyun keçirib, 338 qol vurub və 109 məhsuldar ötürmə edib. Hücumçunun potensial alıcıları sırasında Fransanın "PSJ" və İngiltərənin "Mançester Yunayted" klublarının adı çəkilir.

Milli.Az


Tags:  Ronaldu satılır 60 milyona

RƏYLƏR


Top news