Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

ABŞ-da prezidentliyə namizəd Barak Obama və Hillari Klintonu İŞİD-i yaratmaqda ittiham edib

ABŞ-da prezidentliyə namizəd Barak Obama və Hillari Klintonu İŞİD-i yaratmaqda ittiham edib

Prezidentliyə namizəd hədiyyə aldığı kostyumları qaytardı (24 Mart 2017 23:33)
Fransa prezidentliyinə namizəd Rusiyaya getdi (24 Mart 2017 13:47)
Barak Obama siyasətə qayıdır - FOTO (16 Mart 2017 13:32)

Tarix: 3 Yanvar 2016 11:52

Bakı. 3 Yanvar. REPORT.AZ/ ABŞ-da Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Tramp İŞİD terror qruplaşmasının Hillari Klinton və Barak Obama tərəfindən yaradıldığını bildirib.
"Report" xəbər verir ki, "Associated Press" agentliyi "Youtube" kanalında Trampın Mississippidə tərəfdarları qarşısında çıxışını əks etdirən videoçarx yerləşdirib. Qeyri-adi davranışları və sözləri ilə gündəmdə qalan milyarder-siyasətçi bu dəfə Səudiyyə Ərəbistanında edam edilən 47 nəfər içərisində şiə təriqətli moizəçi Nimr əl-Nimrin olmasını öyrəndikdən sonra Tehranda Səudiyyə Ərəbistanı səfirliyi qarşısında edilən etiraz aksiyalarına və səfirliyə hücuma münasibət bildirərəkən ciddi ittiham irəli sürüb.
O, "Hillari Klinton Obama ilə birgə İŞİD-i yaradıb" deyib.
Qeyd edək ki, əvvəllər dövlət katibi postunu tutan və Demokratlar Partiyasının prezidentliyə namizəd kimi irəli sürəcəyi gözlənilən H.Klinton daim D.Trampla qarşılıqlı sözlü "hücumlar" həyata keçirir. Milyarderin son fikri isə xanım siyasətçinin "Tramp İŞİD-ə ən çox qüvvə toplayana şəxsdir" sözlərinə cavab olaraq səslənib.

Teqlər:  ABŞ-da prezidentliyə namizəd Barak Obama Hillari Klintonu İŞİD-i yaratmaqda ittiham edib



RƏYLƏR


Top xəbərlər