Gürcüstan-Azərbaycan sərhədində hərəkət məhdudlaşdırıldı

Gürcüstan-Azərbaycan sərhədində hərəkət məhdudlaşdırıldı
12:06 3 Yanvar 2016
53 Digər
Ölkə mətbuatı
A- A+

Gürcüstan-Azərbaycan və Gürcüstan-Rusiya sərhədinə aparan yolların buz bağlaması və bu ərazidə intensiv qar yağıntıları səbəbindən hərəkət məhdudlaşdırılıb.

ANS PRESS-in məlumatına görə, Azərbaycan sərhədinə aparan Tbilisi-Bakurtsixe-Laqoxedi trasının 20-160-cı kilometrliyində tutumu 30 nəfərdən artıq olan avtobusların, qoşqulu və yarımqoşqulu avtomobillərin hərəkəti məhdudlaşdırılıb.

Yeni il bayramı ilə əlaqədar bir çox azərbaycanlıların bayram günlərində Gürcüstana üz tutması onlarında bu məhdudiyyətlər nəticəsində sərhəddə ləngiməsi istisna edilmir.

Bu arada Gürcüstan daxili işlər nazirliyi 2015-ci il ərzində bu ölkəyə səfər edən azərbaycanlıların sayını açıqlayıb. Ötən 1 milyon 392 min həmyerlimiz qonşu ölkəyə istirahət və digər səbəblərlə səfər edib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368764

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR