"Çox gülməli oxuyurlar" - gənc ifaçıları tənqid etdi

"Çox gülməli oxuyurlar" - gənc ifaçıları tənqid etdi
12:39 3 Yanvar 2016
17 Şou
Ölkə mətbuatı
A- A+

`

Xalq artisti Akif İslamzadə gənc ifaçıları tənqid edib. 

Axşam.az-ın məlumatına görə, müğənni "Star life" verilişinə açıqlamasında onları oxuya bilməməkdə günahlandırıb:

"Televizora baxmıram, ona görə də gənc ifaçıları tanımıram. Müğənninin səviyyəsini bilmək istəyirsinizsə, deyin Azərbaycan xalq mahnısı oxusun. Türk mahnısı oxuyurlar, hamısı yamaqdır. Əksəriyyətinin elmi yoxdur. Musiqini saflaşdırmaq üçün dilimizin gözəlliyini başa düşməlidirlər. Oxuyurlar, amma nə ifa etdiklərini özləri də bilmirlər. Diksiyalarında, oxumaqlarında qüsur var. Çox gülməli oxuyurlar. Öz ifa etdiklərinə qulaq asmırlar". 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227378

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR