Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Ona kim baxsa ağlayar" - Zamiq

"Ona kim baxsa ağlayar" -  Zamiq

Date: 3 January 2016 12:41

Müğənni Zamiq Hüseynov ilk dəfə şəxsi həyatı ilə bağlı açıqlama verib.

Axşam.az-ın məlumatına görə, sənətçi "Star life" verilişinə açıqlamasında keçirdiyi ağır günlərdən danışıb:

"İlk dəfə efirdə deyirəm ki, mən valideynlərimə minnətdaram. Səhnəyə addımlar atmağımda çalışıblar, amma nəsə etməyə maddi imkanları olmayıb. Onların saf əməlləri sayəsində Zamiq bu gün Zamiq olub. Asəf Zeynallıda oxuyanda hamı qəşəng geyinib dərsə gəlirdi. Mənim isə paltarım olmurdu, əmim uşaqlarının libasların geyinirdim. İstəyərəm ki, öz həyatım haqqında film çəkdirim. Ona kim baxsa ağlayar. Görərlər ki, Zamiq haralardan, hansı əziyyətlərnən səhnəyə gəlib. Bunu dostlarıma danışmışam, deyiblər ki, "Sənin haqda kitab yazmaq istəyirik". Nə yaxşı onları yaşamışam. Kimisə gül satan, maşın şüşəsi silən görəndə özümü onun yerinə qoyuram. Bəzən deyirlər, "Filan sənətçi sənə söz atır, niyə cavab vermirsən?". Heç vaxt cavab verməyəcəm. Niyə kiminsə qəlbinə dəyim?".

Tags:  Ona kim baxsa ağlayar Zamiq

RƏYLƏR


Top news