Kişi evində özünü güllələyib öldürdü

Kişi evində özünü güllələyib öldürdü
13:05 3 Yanvar 2016
39 Ölkə
Ölkə mətbuatı
A- A+

58 yaşlı Quba rayon sakini odlu silah yarası ilə Quba Mərkəzi Rayon Xəstəxanasının Təcili Tibbi Yardım Xidmətinə daxil olub.

Milli.Az-ın report-a istinadən məlumatına görə, Quba şəhəri General Əsədov 68 ünvanında yaşayan 1958-ci il təvəllüdlü Nəcəfov Yaşar Seyfulla oğlu yaxınları tərəfindən yaşadığı ünvanda yaralı vəziyyətdə tapılıb.
Oğlu Murad Nəcəfov bildirib ki, hadisə zamanı evdə heç kim olmayıb.
Həkimərin bütün səylərinə baxmayaraq, ov tüfəngi ilə özünü vuran Yaşar Nəcəfovu xilas etmək mümkün olmayıb.
Quba Rayon Polis İdarəsində hadisə ilə bağlı cinayət işi açılıb. Rayon Prokurorluğunun əməkdaşları hadisəni araşdırırlar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/394918.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR