Londonda qaz sızması səbəbiylə 500 nəfər təxliyə edilib

Londonda qaz sızması səbəbiylə 500 nəfər təxliyə edilib
13:12 3 Yanvar 2016
15 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 3 yanvar. REPORT.AZ/ İngiltərə paytaxtı Londonun cənubunda yerləşən Penc rayonunda qaz sızması səbəbiylə təxminən 500 nəfər təxliyə edilib. "Report" "BBC" telekanalına istinadən xəbər verir ki, qaz sızması gecə baş verib. 
Təxliyə edilən insanlar dörd qəbul mərkəzində yerləşdirilib. Əraziyə gedən yollar bağlanılıb. Hadisə yerinə xeyli sayda təcili yardım maşını və həkim cəlb olunub.
Xəsarət alanlar haqqında məlumat verilməyib. Təxliyə edilmiş bəzi sakinlərə bu gün səhər öz evlərinə qayıtmağa icazə verilib.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/londonda-qaz-sizmasi-sebebiyle-500-nefer-texliye-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR