Milli üzvünün cəsədi çaydan tapıldı

Milli üzvünün cəsədi çaydan tapıldı
13:27 3 Yanvar 2016
41 İdman
Ölkə mətbuatı
A- A+

Təxminən 3 həftədi itkin dünən futbolçu Stiv Qohunun cəsədi tapılıb. 

Fanat.az xəbər verir ki, Kot`D-İvuar yığmasının sabiq üzvünün cəsədi Almaniyanın Ren çayından çıxarılıb. İddiaya görə, Qohu narkotik maddədən istifadə etdikdən sonra özünü Ren çayına atıb. 

Qeyd edək ki, karyerasına 1998-ci ildə PSJ-də başlayan Qohu sonrakı illərlə "Bnei Yehuda" (İsrail), "İverdon-Sport" (İsveçrə), "Boloniya" (İtaliya), "Vaduz" (İsveçrə), "Yanq Boyz" (İsveçrə), "Borussiya" (Münhenqladbax, Almaniya), "Viqan" (İngiltərə), "Makkabi" (Təl-Əviv, İsrail) "Şkoda Xanti" (Yunanıstan) və "Rot-Veys Erfurt" (Almaniya) klublarında çıxış edib. O, bu ilin əvvəlindən Almaniyanın Regional Liqasında çıxış edən "TSV Steynbax" klubunda top qovurdu.

34 yaşlı futbolçu 2006-2011-ci illərdə Kot`D-İvuar millisində 13 oyun keçirərək 3 qol vurub.

Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-milli-uzvunun-csdi-caydan-tapld-t46556.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR