Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Londonda yüzlərlə insan təxliyə olunub

Londonda yüzlərlə insan təxliyə olunub

Date: 3 January 2016 13:28

Bakı. Trend:

Londonun cənubunda yerləşən Penc rayonunda qaz sızması səbəbiylə təxminən 500 nəfər təxliyə edilib.

Trend-in “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, təxliyə edilən insanlar dörd qəbul mərkəzində yerləşdirilib. Əraziyə gedən yollar bağlanılıb. Hadisə yerinə xeyli sayda təcili yardım maşını və həkim cəlb olunub.

Xəsarət alanlar haqqında məlumat verilməyib. Təxliyə edilmiş bəzi sakinlərə bu gün səhər öz evlərinə qayıtmağa icazə verilib.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Londonda yüzlərlə insan təxliyə olunub

RƏYLƏR


Top news