Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Sabah Azərbaycanda hava nisbətən mülayimləşəcək

Sabah Azərbaycanda hava nisbətən mülayimləşəcək

Yağmursuz hava, 15 dərəcə isti - SABAH (21 Fevral 2017 12:39)

Tarix: 3 Yanvar 2016 13:48

Bakı. Trend:

Sabah Azərbaycanda hava bu günlə müqayisədə nisbətən mülayimləşəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, yanvarın 4-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir, gündüz şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 0-3° şaxta, gündüz 3-6° isti olacaq.

Sabah Azərbaycanın əksər rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3-8° şaxta, gündüz 2-7° isti təşkil edəcək, dağlarda gecə 9-14° şaxta, gündüz 0-5° şaxta, bəzi yerlərdə 3°-dək isti təşkil edəcək.

Yollar buz bağlayacaq.

Bizi Twitter-dən izləyin: @trend_az


Teqlər:  Sabah Azərbaycanda hava nisbətən mülayimləşəcək



RƏYLƏR


Top xəbərlər