Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

BMT baş katibi şiə şeyxin edamından sarsılıb

BMT baş katibi şiə şeyxin edamından sarsılıb

Tarix: 3 Yanvar 2016 14:27

BMT baş katibi Pan Gi Mun Səudiyyə Ərəbistanında şeyx Nimr ən-Nimr də daxil, 47 şiənin edamından sarsıldığını bildirib. Musavat.com-un xarici qaynağa istinadən verdiyi xəbərə görə, bu barədə onun rəsmi nümayəndəsi Stefan Cüjarrik bildirib.

"Baş katib bu edamlardan sarsılıb. Nimr ən-Nimr və bır sıra digər edam edilən məhbuslar ittihamların xarakteri və prosesin ədalətliliyi baxımından ciddi narahatlıq doğuran bir məhkəmə prosesinin yekunu olaraq ölümə məhkum edilmişdilər", - deyə baş katibin adından yayılan bəyanatda qeyd edilir.

Rəsmi nümayəndənin sözlərinə görə, BMT rəhbəri Səudiyyə Ərəbistanı hökuməti qarşısında Nimr ən-Nimrin məsələsini dəfələrlə qaldırıb. "Pan Gi Mun sərt şəkildə ölüm hökmünə qarşı çıxır, həmçinin Səudiyyə Ərəbistanını ən yüksək cəzadan imtina eləməyə çağırır", - o vurğulayıb.

Milli.Az


Teqlər:  BMT baş katibi şiə şeyxin edamından sarsılıb



RƏYLƏR


Top xəbərlər