Tehranda Səudiyyə səfirliyinin yerləşdiyi küçəyə edam edilmiş din xadiminin adı veriləcək

Tehranda Səudiyyə səfirliyinin yerləşdiyi küçəyə edam edilmiş din xadiminin adı veriləcək
14:48 3 Yanvar 2016
32 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Tehran administrasiyası Səudiyyə Ərəbistanının İrandakı səfirliyinin yerləşdiyi Nilufər küçəsinin adını dəyişdirmək barədə qərar qəbul edib.

Trend-in xarici mətbuata istinadən verdiyi məlumata görə, həmin küçə Səudiyyə hakimiyyəti tərəfindən edam edilmiş şiə din xadimi Nimr ən-Nimrin şərəfinə adlandırılacaq.

Xatırladaq ki, şənbə günü Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyi aralarında “Əl-Qaidə”nin Səudiyyə qanadının lideri Faris əz-Zəhrani və şiə din xadimi ən-Nimrin də olduğu 47 nəfərin edam edildiyini bəyan edib. Həmin şəxslər terrorçuluqda və ona təhrik etməkdə ittiham olunublar.

Buna etiraz edənlər Səudiyyə Ərəbistanının İrandakı səfirliyinə hücum ediblər.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2476433.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR