Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Nurgül Yeşilçayın "Paramparça"dan ayrılması..." - Erkan Petekkaya

"Nurgül Yeşilçayın "Paramparça"dan ayrılması..." - Erkan Petekkaya

Date: 3 January 2016 15:11

Aktyor Erkan Petekkaya "Paramparça" serialı haqda danışıb.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, o, tərəf müqabili Nurgül Yeşilçayla arasında gəzən mübahisə xəbərləri haqda danışıb:

"Öpüşmə ilə bağlı mübahisəmiz olduğu haqda xəbərlər yazırlar. Yalandır, əsla belə bir şey olmadı. Ən doğrusu, serialı çəən şirkətin çıxıb açıqlama verməsidir. İndi nə desəm, onun içindən bir cümləni seçib səhv təqdim edəcəklər. Həmin səhnədə öpüşmədik, yaxınlaşdıq. Amma ekran hiyləsi deyilən bir şey va rki, öpüş kimi təqdim olunur. Bundan əvvəl də heç vaxt Nurgül Yeşilçayla mübahisəmiz olmamışdı."

Bu söz-söhbətin heç bir şeyə təsir etmədiyi vurğulayan aktyor "hələ reytinqlərdə birinciyik, ikinci mövsüm olsa da, çox yaxşı gedir" deyib.

O, Nurgülün 52-ci seriyada serialdan necə ayrılacağı barədə sualı cavablandırıb:

"Xarici seriallara baxın. Baş qəhrəman beşinci seriyada ölür. Olur belə şeylər. Ssenariyə görə hər şey ola bilər. Məsələn, "Möhtəşəm yüz il"ə baxın, nə qədər insna gəlib keçdi. Nurgülün yerinə kimsə gələcəkmi, onu da bilmirəm. Hazırda ssenari müəllifləri işləyirlər. Hələ beş seriya qalıb, biz isə ən uzağı ii seriya sonranı bilirik. Serialdan ölərək ayrılacaq yoxsa başqa cür, bilmirəm. Yəqin ki, Nurgüldən sonra hər kəsi tam fərqli bir hekayə gözləyir".

Erkan "Paramparça"nın bu mövsüm bitə biləcəyini isə belə şərh edib:

"Serialın nə qədər davam edəcəyini təxmin etmək olmaz. Hər şey reytinqdən asılıdır".


Tags:  Nurgül Yeşilçayın Paramparçadan ayrılması Erkan Petekkaya

RƏYLƏR


Top news