17 yaşlı oğlan sevdiyinə görə özünü zəhərlədi - Bakının mərkəzində

17 yaşlı oğlan sevdiyinə görə özünü zəhərlədi - Bakının mərkəzində
15:12 3 Yanvar 2016
56 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda 17 yaşlı oğlan intihara cəhd edib. 

Milli.Az-ın lent.az-a istinadən məlumatına görə, hadisə metronun "Sahil" metrostansiyasının qarşısında, Bülbül küçəsində baş verib. 1998-ci il təvəllüdlü Əliyev Rauf Cəfər oğlu çoxlu dərman həbləri içərək özünü zəhərləyib. O, təcili olaraq Kliniki Tibbi Mərkəzin Toksikologiya Mərkəzinə yerləşdirilib.
 
İlkin araşdırma nəticəsində məlum olub ki, 17 yaşlı oğlan bir müddət əvvəl sosial şəbəkədə bir qızla tanış olub. Onlar bir müddət görüşsələr də, sonradan münasibətləri pozulub. Sevdiyi qızla ayrılığa dözə bilməyən R.Əliyev isə küçədə nümayişkəranə şəkildə həyatına qəsd etmək istəyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/394941.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR