Dakar rallisində qəza baş verib, 10 nəfər xəsarət alıb

Dakar rallisində qəza baş verib, 10 nəfər xəsarət alıb
15:42 3 Yanvar 2016
23 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 3 yanvar. REPORT.AZ/ Argentina paytaxtı Buenos Ayresdə start götürən "Dakar-2016" rallisində bədbəxt hadisə baş verib. 
"Report" xarici KİV-lərə istinadən xəbər verir ki, yarışın "proloq"unda çinli xanım yarışçı Qo Meylinin idarəetməni itirməsi avtomobilin yoldan çıxaraq qoruyucu hasara çırpılması ilə nəticələnib. Amma toqquşma yüksək sürətdə olduğundan 10 nəfər xəsarət alıb.
"Sent Fransis" xəstəxanasının baş həkimi Daniel Modesto dördü uşaq şöbəsinə gətirilməklə 10 pasiebtin hospitala giriş etdiyini bildirib. Onun sözlərinə görə, xəsarət alanlar arasında hamilə qadın da var. Amma xoşbəxtlikdən onun durumu qənaətbəxşdir.
Ata və onun 14 yaşlı oğlunun durumu isə ağır dəyərləndirilir. Qeyd edək ki, onlar hadisə yerindən helikopterlə hospitala gətirilib. 

Xəbərin orijinal ünvanı: http://report.az/ferdi/dakar-rallisinde-qeza-10-nefer-xesaret-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR