Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Məşhur rejissor plaqiatda ittiham olunur

Məşhur rejissor plaqiatda ittiham olunur

Date: 3 January 2016 15:46

Amerikalı məşhur kinorejissor Kventin Tarantino plaqiatda ittiham olunur.

ANS PRESS-in məlumatına görə, iki bir o qədər də məşhur olmayan ssenari müəllifləri Oskar və Tomas Kolvinlər rejissorun “Canqo azad edilmiş” filminin ssenarisinin onlardan oğurlandığını iddia edirlər və bununla bağlı məhkəməyə müraciət ediblər.

Kolvinlərin sözlərinə görə, ağ dərili insanın qacaq qula ailəsini quldarlıqdan azad etməyə köməklik göstərən adam haqda hekayəni onlar yazıblar. Sadəcə onların hekayəsində qulun adı Canqo deyil Cekson Frimandır, məşhur doktor Şultsun adı isə Samsondur. “Canqo azad edilmiş” “Canqo” adlı vestern janrında yazılmış kitab əsasında çəkilməsinə baxmayaraq Kolvinlər əmindirlər ki filmin süjeti onlardan oğurlanıb. “Zərərçəkmişlərin” fikirincə Tarantino onların ssenarisini oxuya bilərdi, çünkü onlar yazılarını bir çox agentliklərə göndəriblər.

Kolvinlər artıq Vaşinqton federal məhkəməsində Tarantinoya qarşı iddia qaldırıblar.


“Canqo azad edilmiş” filminin rəsmi treyleri


Amerikalı rejissor Kventin Tarantino 1994-cü ildə ekranlara çıxan “Kriminal qiraət” filmi ilə məşhurluq qazanıb və bu filmə görə “Oskar” alıb. Məşhur rejissora həmçinin “Bili öldürmək”, “Quduz itlər”, “Şərəfsiz əclaflar” filmləri məxsusdur.

“Canqo azad edilmiş” filmi 2012-ci ildə işıq üzü görüb və 2013-cü ildə rejissora “ən yaxşı ssenari” nominasiyasında ikinci “Oskar” mükafatını qazandırıb.


Kventin Tarantino - rejissor

Tags:  Məşhur rejissor plaqiatda ittiham olunur

RƏYLƏR


Top news