Argentinada ralli yarışı zamanı qəza baş verib, 10 nəfər xəsarət alıb

Argentinada ralli yarışı zamanı qəza baş verib, 10 nəfər xəsarət alıb
15:47 3 Yanvar 2016
10 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 3 yanvar. REPORT.AZ/ Argentina paytaxtı Buenos Ayresdə start götürən "Dakar-2016" rallisində bədbəxt hadisə baş verib. 
"Report" xarici KİV-lərə istinadən xəbər verir ki, yarışın əvvəlində çinli xanım yarışçı Qo Meylin idarəetməni itirib. 
Nəticədə onun avtomobili yoldan çıxaraq qoruyucu hasara çırpılıb. Qəza 10 nəfərin xəsarət almasına səbəb olub. 
"Sent Fransis" xəstəxanasının baş həkimi Daniel Modesto bildirib ki, dördü uşaq şöbəsinə gətirilməklə 10 nəfər hospitala qəbul edilib. Onun sözlərinə görə, xəsarət alanlar arasında hamilə qadın da var. Amma onun durumu qənaətbəxşdir. Ata və onun 14 yaşlı oğlunun durumu isə ağır dəyərləndirilir. 
Qeyd edək ki, onlar hadisə yerindən helikopterlə hospitala gətirilib. 

Xəbərin orijinal ünvanı: http://report.az/ferdi/argentinada-ralli-yarisi-zamani-qeza-bas-verib-10-nefer-xesaret-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR