Səudiyyə səfirliyinin yerləşdiyi küçəyə Ən-Nimrin adı veriləcək

Səudiyyə səfirliyinin yerləşdiyi küçəyə Ən-Nimrin adı veriləcək
16:04 3 Yanvar 2016
24 Dünya
Ölkə mətbuatı
A- A+

Səudiyyə Ərəbistanının İran İslam Respublikasındakı səfirliyinin yerləşdiyi Nilufər küçəsinin adını dəyişdiriləcək. Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Tehran administrasiyası səfirliyin yerləşdiyi Nilufər küçəsinin adının dəyişdirilməsinə və Səudiyyə Ərəbistanında edam edilən şiə din xadimi Nimr ən-Nimrin xatirəsinə küçəyə onun adının verilməsinə qərar verib.

 

Qeyd edək ki, din xadiminin edam edilməsi İranla rəsmi Ər Riyad arasındakı münasibətləri kəskinləşdirib, dünən axşam Tehrandakı Səudiyyə səfirliyi etirazçılar tərəfindən yandırılıb. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227392

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR