İordaniya Səudiyyə Ərəbistanını dəstəklədi

İordaniya Səudiyyə Ərəbistanını dəstəklədi
16:06 3 Yanvar 2016
24 Digər
Ölkə mətbuatı
A- A+

İordaniya Tehranda Səudiyyə Ərəbistanının səfirliyinə edilən hücumu kəskin şəkildə pisləyib.

ANS PRESS-in RİA Novosti-yə istinadən məlumatına görə, bu barədə İordaniya hökumətinin sözçüsü Məhəmməd əl-Mumani açıqlama verib.

“İordaniya Səduyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edir və onun radikalizm-terrorizmlə mübarizəsini dəstəkləyir. Həmçinin İran tərəfindən təzyiqləri pisləyir”, - deyə hökumət rəsmisi vurğulayıb.

Məhəmməd əl-Mumani bildirib ki, Səudiyyə Ərəbistanının səfirliyinə hücum edilməsi beynəlxalq hüquq və diplomatik nümayəndəliklərin təhlükəsizliyi ilə bağlı müqavilənin kobudcasına pozulmasıdır.


İordaniya ölkəsinin ərazisi


Bundan əvvəl Bəhreyn hökuməti də səfirliyə hücumu qınamışdı.

Şiə lideri şeyx Nimr ən-Nimrin edamı təkcə Səudiyyə Ərəbistanında deyil, müsəlman dünyasında kəskin etirazla qarşılanıb. İraqın Baş naziri Heydər əl-Abadi bəyan edib ki, bu hadisə Yaxın Şərqdə qeyri-sabitlik yaranmasına gətirib çıxara bilər. Din xadiminin edamına İran da öz ciddi etirazını bildirib.

Şənbə günü Səudiyyə Ərəbistanında 47 nəfər edam olunub. Onların əksəriyyəti 2003-2006-cı illərdə “Əl-Qaidə” qruplaşması tərəfindən bir sıra neft və müdafiə obyektlərində, həmçinin Ciddə şəhərində yerləşən ABŞ səfirliyində terror aktlarının hazırlanmasında və həyata keçirilməsində ittiham edilib.


Şeyx Nimr ən-Nimr 2012-ci ildə ölkənin şərqində etiraz aksiyaları zamanı həbs edilib. 2014-cü ildə ona krala itaətsizliyə təhrik etməkdə və hüquq mühafizə orqanlarına hücum məqsədilə terrorçu qrup yaratmaqda təqsirləndirilərək ölüm hökmü kəsilib.



Şeyx Nimr ən-Nimr - edam olunan şiə lideri

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368773

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR