Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Yeni mobil ödəniş sistemi yaradılır

Yeni mobil ödəniş sistemi yaradılır

® DəmirBank-la ölkədaxili pul köçürmələrinizi sərfəli tariflər ilə həyata keçirin (14 Mart 2017 14:39)
DİM “Şəxsi kabinet”in hesabına vəsaitin əlavə edilməsi qaydasını açıqlayıb (13 Mart 2017 18:39)
Dövlət İmtahan Mərkəzinin e-xidmətlərindən faydalanmaq üçün ödəniş üsulları açıqlanıb (28 Fevral 2017 11:37)

Tarix: 3 Yanvar 2016 16:27

Azərbaycanda "AzerPay" universal mobil ödəniş sistemi yaradılır. 

Milli.Az xəbər verir ki, "AzerPay" şirkətindən AZƏRTAC-a bildirilib ki, sistem 2016-cı il yanvarın ortalarında sınaqdan keçirilməyə başlayacaq, fevralda isə istismara veriləcək.

Yeni ödəniş sistemi təmassız ödənişlərin, pulköçürmələrin həyata keçirilməsi imkanı, kredit alınması üçün müraciət, POS-terminallardan əməliyyatlar aparılması, hesabın doldurulması və digər üstünlüklərə malikdir.
Sistemdə ümumilikdə 160-dan çox ödəniş xidməti olacaq. İstifadəçilərə, həmçinin "Mobile POS" ödənişlərinin qəbulu üçün vergiödəyicinin eyniləşdirmə nömrəsinin qeydiyyata alınması xidməti təklif ediləcək. Bu xidmət fərdi sahibkarlar üçün nəzərdə tutulub və kommersiya fəaliyyəti ilə bağlı ödənişləri qəbul etməyə, vergi ödənişini avtomatik həyata keçirməyə imkan verəcək.

Milli.Az


Teqlər:  Yeni mobil ödəniş sistemi yaradılır



RƏYLƏR


Top xəbərlər