Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Füzulidə ev, Xırdalanda vaqon yandı

Füzulidə ev, Xırdalanda vaqon yandı

Date: 3 January 2016 16:59

Füzuli rayonunda yanğın olub.  Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, vətəndaşa məxsus ümumi sahəsi 77 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağında döşəmə 1 kv.m sahədə və 1 ədəd televizor yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 14:46-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Oxşar hadisə Abşeron rayonunda da baş verib. Vətəndaşa məxsus ümumi sahəsi 21 kv.m olan dəmir vaqonun taxta üzlüyu və içərisində olan ehtiyyat hissələri yanıb. Yaxınlıqdakı mağaza yanğından mühafizə olunub. Yanğın saat 13:34-də söndürülüb.


Tags:  Füzulidə ev Xırdalanda vaqon yandı

RƏYLƏR


Top news