Səudiyyə Ərəbistanı şiə şeyxin cəsədini ailəsinə verməkdən imtina etdi

Səudiyyə Ərəbistanı şiə şeyxin cəsədini ailəsinə verməkdən imtina etdi
17:37 3 Yanvar 2016
96 Digər
Ölkə mətbuatı
A- A+

Səudiyyə Ərəbistanı hökuməti edam edilən şiə din xadimi Nimr ən-Nimrin cəsədini ailəsinə verməyəcəyi, edam edilən 47 nəfərin artıq şənbə günü dəfn edildiyi barədə mərhumun qardaşını xəbərdar edib. 

Musavat.com-un məlumatına görə, bu barədə Mühəmməd ən-Nimr özünün Twitter səhifəsində yazıb.
"Səudiyyə hakimiyyəti təmsilçiləri mənimlə əlaqə saxlayaraq, edam edilənlərin artıq müsəlman qəbiristanlıqlarında dəfn edildiyini, cəsədlərin qohumlara verilməyəcəyini dedi", - Mühəmməd ən-Nimr qeyd edib.

Xatırladaq ki, edam edilənlər terrorçuluq və ekstremizmdə ittiham olunurdular. Şeyx Nimr ən-Nimr şiə azlığın sıxışdırılmasına görə mövcud hakimiyyətin sərt tənqidçisi kimi tanınırdı. O, 2012-ci ildə etiraz aksiyası zamanı saxlanılmışdı.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/394956.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR