"Kimin ölkəsi necə idarə olunur-olunsun, sənə nə?"

"Kimin ölkəsi necə idarə olunur-olunsun, sənə nə?"
18:17 3 Yanvar 2016
77 Ölkə
Ölkə mətbuatı
A- A+

Türkiyə- İsrail münasibətlərinin düzəlməsi istiqamətində qarşılıqlı mesajlaşma gedir.

Milli.Az xəbər verir ki, bu fikirləri millət vəkili Fazil Mustafa Feysbuk səhifəsində paylaşıb.

Millət vəkili bildirib ki, Rusiya ilə münasibətlərin pozulmasında Türkiyə nə qədər haqlı idisə, İsraillə münasibətlərin korlanmasında bir o qədər də haqlı sayılmazdı: "Yəni Fələstini dəstəkləmək, müəyyən dərəcədə İsrailin Fələstin siyasətinin yumşalması üçün Türkiyənin İsraillə münasibətlərinin normal olması daha faydalı idi. İstər "One minute", istər də Qəzzaya gəmi göndərilməsinin diplomatik və siyasi riski arzuolunan nəticədən xəbər vermirdi. Bununla belə, İsrailin Qəzzaya yardıma gedən dinc insanları "Mavi Mərmərə"də qətlə yetirməsi bu dövləti tamamilə haqsız vəziyyətə düşürdü. Ona görə də səhvini anlayaraq İsrailin üzr istəməsi və ölənlərin ailələrinə təzminat ödəməsi münasibətlərin bərpası üçün yetərlidir məncə.

Qəzza ilə bağlı məsələni də münasibətlər normalaşandan sonra addım-addım yoluna qoymaq mümkündür. Olan-olub, keçən-keçib. Bölgədə bu iki dövlətin ən azı düşmən vəziyyətdə olmaması indiki mürəkkəb şəraitdə hər ikisinin strateji maraqlarına uyğundur.

Ümumiyyətlə, Türkiyə-İsrail münasibətlərinə tarixən müsəlman-yəhudi dəyərləri arasında kəsişən psixoloji neqativlik bucağından yanaşmaq ağıllı yol deyil, burada daha çox bölgədə prosesləri tənzimləməyə gücü yetən iki güclü dünyəvi dövlətin bölgənin gələcəyi ilə bağlı əməkdaşlığının faydalılığı önə çəkilməlidir. Çünki sadəcə bəsit bir məsələyə diqqət yetirsək, asanlıqla bunu etiraf edərik.

İraq yönətimi, Suriya yönətimi, İran yönətimi Türkiyə üçün İsraildən qat-qat artıq təhlükəli deyilmi? Yaxud bir sıra Ərəb ölkələri... Ümumiyyətlə, fikrimcə Türkiyə İsrailin ardınca yenə də ideoloji səbəblərdən münasibətini korladığı Misirlə də münasibətləri bərpa etməyə çalışmalıdır. Kimin ölkəsi necə idarə olunur- olunsun, sənə nə? Bölgədə maraqlarının təmin olunması üçün, görünür, müasir liderlərə Atatürkün həm Mussolini, həm Hitler, həm də Stalinlə qurduğu münasibətlərin fəlsəfəsini təkrar-təkrar oxumaq lazım gələcək...".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/394961.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR