Özbəkistan kitabxanalarına Azərbaycana dair kitablar hədiyyə ediləcək

Özbəkistan kitabxanalarına Azərbaycana dair kitablar hədiyyə ediləcək
18:18 3 Yanvar 2016
25 Digər
Ölkə mətbuatı
A- A+


Daşkənd, 3 yanvar, AZƏRTAC 
Özbəkistan kitabxanalarına Azərbaycanla bağlı kitablar hədiyyə ediləcək.
Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov bildirib ki, mərkəzin təşəbbüsü ilə 2015-ci ildə Əlişir Nəvai adına Özbəkistan Milli Kitabxanasına, Milli Elmlər Akademiyasının Mərkəzi Əsaslı Kitabxanasına, Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin kitabxanasına Azərbaycanla bağlı kitab və albomlar hədiyyə edilib. Nəşrlər arasında Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələr, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı faciəsi, ermənilərin saxtalaşdırma siyasətinə dair kitab, jurnal və bukletlər də var.
Ötən ilin dekabrında Səmərqənddə keçirilən Azərbaycan mədəniyyəti günləri çərçivəsində Puşkin adına Səmərqənd Vilayət Mərkəzi Kitabxanasında "Azərbaycan fondu” yaradılıb. Kitab kolleksiyalarının təşkilinə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Kitabxanası dəstək göstərib.
O deyib ki, Səmərqənd şəhər Mərkəzi Muzeyi və “Əfrasiab” Dövlət Tarix Muzeyində "Odlar yurdu - Azərbaycan" guşəsi də təşkil olunub. Bu il də bu istiqamətdə iş aparılacaq və Səmərqənd, Əndican, Buxara dövlət universitetlərinin kitabxanalarına Azərbaycana dair kitab və jurnallar hədiyyə ediləcək.

Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ozbekistan_kitabxanalarina_Azerbaycana_dair_kitablar_hediyye_edilecek-915957

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR