Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi dünya mediasının gündəmindədir

Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi dünya mediasının gündəmindədir
18:33 3 Yanvar 2016
38 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 3 yanvar, AZƏRTAC
Bakı-Tbilisi-Qars dəmir yolu (BTQ) layihəsi dünya mediasının gündəmindədir. Nüfuzlu kütləvi informasiya vasitələri Qərblə Şərqi birləşdirəcək müasir İpək yolunun əhəmiyyətindən bəhs olunan məqalə dərc ediblər.
AZƏRTAC xəbər verir ki, dünyanın bir çox ölkələrinin internet portallarında və qəzetlərində “Qədim İpək yolu dəmir İpək yoluna çevrilir” başlıqlı məqalə dərc olunub. Məqalədə milyonlarla oxucu kütləsi Azərbaycanın uğurları, BTQ dəmir yolu xəttinin əhəmiyyəti və ölkəmizin dəmir yollarında görülən işlərlə tanış olublar. Məqalədə qeyd olunur ki, BTQ yalnız Azərbaycan, Gürcüstan, Türkiyə üçün deyil, həmçinin dünya üçün böyük əhəmiyyətə malik bir layihədir. Qərblə Şərqi birləşdirəcək müasir İpək yolunun reallaşması nəticəsində Azərbaycan, Gürcüstan və Türkiyənin Mərkəzi Asiya, Çin və Avropa ilə etibarlı və sərfəli nəqliyyat əlaqəsi yaranacaq. Məqalədə Azərbaycan, Türkiyə, Gürcüstan prezidentlərinin BTQ layihəsinin mahiyyəti və zəruriliyi barədə fikirləri də yer alıb.
Məqalə müxtəlif dillərə tərcümə olunaraq Türkiyə, Gürcüstan, Pakistan, Macarıstan, Ukrayna və Meksikanın qəzet, jurnal və internet portallarında dərc edilib.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Baki_Tbilisi_Qars_demir_yolu_layihesi_dunya_mediasinin_gundemindedir-915958

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR