​Türkiyə Egey dənizindəki adadan 57 nəfəri xilas edib

​Türkiyə Egey dənizindəki adadan 57 nəfəri xilas edib
18:47 3 Yanvar 2016
27 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 3 yanvar. REPORT.AZ/ Türkiyənin Sahil Mühafizə Xidməti Egey dənizində, ölkənin qərb sahilində yerləşən adadan 57 qeyri-leqal miqrantı xilas edib.
"Report" "Daily Sabah" qəzetinə istinadən xəbər verir ki, miqrantları daşıyan gəmi İzmir əyalətinin Dikli şəhəri yaxınlığında yerləşən adada saya oturub.
Üç xəstə uşaq və 9 yaşlı şəxs vertolyotla, qalanları isə balıqçı gəmiləri ilə təxliyə edilib. Çünki xidmətin gəmiləri sahili qayalıq olan adaya yaxınlaşa bilməyib.
Qəzetin məlumatına görə, miqrantlar Yunanıstana gedirlərmiş.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/turkiye-egey-denizindeki-adadan-57-neferi-xilas-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR