Bayram günlərində Qəbələyə 3 minə yaxın turist gəlib

Bayram günlərində Qəbələyə 3 minə yaxın turist gəlib
18:48 3 Yanvar 2016
43 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda bayram günlərində 2 uşaq dərmandan zəhərlənib (28 İyun 2017 12:52)
Bayram günlərində əhali fasiləsiz nəqliyyat və telekommunikasiya xidmətləri ilə təmin ediləcək (23 İyun 2017 13:35)
Bayram günləri işığınız sönərsə... (23 İyun 2017 13:33)


Qəbələ, 3 yanvar, Şahnəzər Bəşirov, AZƏRTAC
Qəbələ rayonunun füsunkar təbiəti, burada yaradılan müasir turizm infrastrukturu nəinki isti yay fəslində, hətta soyuq qış aylarında da turistlərin diqqətini cəlb edir.
AZƏRTAC xəbər verir ki, bayram günlərində istirahət etmək üçün bu rayona gələn yerli və xarici turistlərin sayı ötən ildəkindən 2 dəfə çox olub. Qarlı dağlarda motorlu xizəklərlə, at və faytonlarla gəzintiyə çıxmaq, kanatla dağlarda gəzmək və buz üstündə xizəklə sürüşmək, meşələrdə heyvan və quş ovlamaq, göllərdə qayıqla gəzmək və balıq tutmaq barədə düşünənlərin arzusu bu günlərdə Qəbələdə gerçəkləşib. Son günlər rayonda əsl bayram həyəcanı yaşanıb, bütün otellər, istirahət və əyləncə mərkəzləri turistlərlə dolu olub.
Bayram günlərində qonaqların istirahətinin mənalı təşkili üçün otellərdə tanınmış musiqiçilərin iştirakı ilə konsertlər, müxtəlif əyləncəli tədbirlər keçirilib. Yerli və xarici turistlər Qəbələnin zəngin tarixi, müasir şəhərsalma mədəniyyəti və ləziz mətbəxi ilə yaxından tanış olublar. Burada yerləşən 20 müasir otel və istirahət mərkəzi bayram günlərində, ümumilikdə, 3 minə yaxın yerli və xarici turistə xidmət göstərib. Qəbələyə gələn turistlər təkcə rayon mərkəzini gəzməklə kifayətlənməyib, həm də dağ kəndlərinə üz tutublar. Yeni ili Qəbələdə qarşılayanlar arasında Hindistan, Türkiyə, Rusiya və Latviyadan gələnlər də olub.
Qəbələ rayon mədəniyyət və turizm şöbəsinin müdiri Nargilə Qafarova AZƏRTAC-a müsahibəsində bayram günlərində rayona gələnlər arasında yerli turistlərin çoxluq təşkil etdiyini bildirib: “Rayona gələn əcnəbi turistlər arasında da ötən ilin müvafiq dövrü ilə müqayisədə artım var. 2015-ci il Qəbələ rayonunda turizm sektoru üçün çox uğurlu olub. Təbii ki, istirahət üçün Qəbələdə bütün imkanlar var. Hazırda rayonda irili-xırdalı 100-ə yaxın turizm-istirahət obyekti fəaliyyətdədir. Həmin obyektlərdən 20-si beş, dörd və üçulduzlu otellər və müasir istirahət mərkəzləridir. Bu turizm obyektlərində gün ərzində 2500 qonaq qarşılamaq, onlara yüksək səviyyədə xidmət göstərmək mümkündür. 2015-ci ildə Qəbələ rayonuna gələn xarici və yerli turistlərin sayı 50 min 200 nəfər olub”.
Şöbə müdirinin sözlərinə görə, bu il Qəbələnin otellərində Yeni il şənlikləri daha maraqlı keçib, müxtəlif əyləncəli tədbirlər təşkil olunub. Hazırda bayram tətili davam etdiyindən rayona gələnlərin sayının daha da artacağı gözlənilir. Nargilə Qafarova gözəl təbiəti olan qədim və müasir Qəbələ şəhərinin son illər bir çox beynəlxalq tədbirlərə, festivallara ev sahibliyi etdiyini və məhz bu amilin turistlərin rayona axınına təkan verdiyini bildirib. O, bundan əlavə, Qəbələdə “Tufandağ” Qış-Yay İstirahət Kompleksində kanat və xizəkçilik mərkəzinin, Stend və Ox Atıcılığı Kompleksinin, “Qəbələnd” İstirahət və Əyləncə Mərkəzinin turistlərin marağını daha çox cəlb etdiyini də vurğulayıb.





RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Əmisinin arvadını evə kişi çağırdığı üçün öldürdü - "Namusumu təmizlədim" - VİDEO - FOTO

28 İyun 2017 18:12

Nazirlik: Meşələrin qanunsuz kəsilməsi ilə bağlı kadrlar təhrif olunmuş videogörüntüdür

28 İyun 2017 18:08

Cinsi əlaqədən sonra iflic oldu

28 İyun 2017 18:08

Ağ çimərlik geyimi ilə göz oxşadı - FOTO

28 İyun 2017 18:05

İsveçrədə muğam axşamı

28 İyun 2017 18:05

Aslanlar avtomobil yolunu belə bağladı - VİDEO

28 İyun 2017 17:53

Abşeronda piyadanı vurmaqda təqsirləndirilən şəxsin cəzası endirilib

28 İyun 2017 17:52

Ərəb şeyxi Rihannanı öpərkən yaxalandı

28 İyun 2017 17:52

Festivalın ikinci günü Şəki tamaşaçıları Yaponiya musiqi qrupunun konsertini izləyib (FOTO)

28 İyun 2017 17:50

Ukraynalı yarımmüdafiəçinin bir ayağı "Qalatasaray"da

28 İyun 2017 17:47

Əlikram Bayramov: “Həmin gün anam əlimdən tutub...”

28 İyun 2017 17:47

Sabirabad və Tovuz polisi xeyli narkotik bitki məhv edib

28 İyun 2017 17:44

Yayda dəbdə olacaq saç düzümü modelləri

28 İyun 2017 17:44

İrandan Amerikaya sərt XƏBƏRDARLIQ: “Odla oynayırsınız”

28 İyun 2017 17:43

Rəqqasə Oksananın yaraşıqlı məşhurla heç yerdə görmədiyiniz VİDEOSU

28 İyun 2017 17:42

Qənirə Paşayeva: Ermənistan Suriyadan qaçan ermənilərdən işğalçı siyasətini davam etdirmək üçün istifadə edir

28 İyun 2017 17:36

"Qalatasaray" iki transferi açıqladı

28 İyun 2017 17:33

"Səhərlər mənə düşmür, atamı, bacı və 2 övladımı itirdim" - Əlikram Bayramov - VİDEO - FOTO

28 İyun 2017 17:32

Tbilisidə Nəriman Nərimanovun ev muzeyinin açılışı olub

28 İyun 2017 17:29

Ştefan Şennak: "Avropa münaqişələrin həlli istiqamətində mühüm addımlar atmalıdır"

28 İyun 2017 17:27

Bankların 30%-i internet bankçılıq xidmətlərinə təsir edən təhlükəsizlik problemi yaşayıb

28 İyun 2017 17:27

Baş nazir: "Regionda böyük rol oynayan Azərbaycan Polşanın Şərq siyasətində mühüm yer tutur"

28 İyun 2017 17:27

Təyyarə qəzaya uğradı

28 İyun 2017 17:25

İlanların rəqsi - VİDEO

28 İyun 2017 17:23

Maradonaya fəxri ad təqdim olunacaq

28 İyun 2017 17:22

Prezident İlham Əliyev: "Beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılmasında Azərbaycan fəal iştirak edir"

28 İyun 2017 17:17

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Qaratəhlə kənd məktəbində idman kompleksi açılıb

28 İyun 2017 17:15

Deputatdan QƏRİBƏ TƏKLİF: xəyanət edən kişilər...

28 İyun 2017 17:13

Cazibədar aparıcıdan maraqlı açıqlama: "Onunla vətəndaş nikahımız var" - FOTO

28 İyun 2017 17:12

Baş nazir: Polşa Azərbaycanın iqtisadiyyatın şaxələndirilməsi istiqamətində səylərini dəstəkləyir və yüksək qiymətləndirir

28 İyun 2017 17:08

Luçeskoya istədiyi təzminatı vermədilər

28 İyun 2017 17:07

Murad Dadaşov: "Elşad Xose ilə aramda olan..."

28 İyun 2017 17:07

"Rəmiş və Arif Quliyev meyvələrimin dadına baxırdı, pul vermirdi" - ETİRAF - VİDEO - FOTO

28 İyun 2017 17:05

Qənirə Paşayavadan ermənilərə sərt cavab

28 İyun 2017 17:04

Tramp gözəl müxbiri görüncə... - FOTO/VİDEO

28 İyun 2017 17:03

XƏRÇƏNG: Uşaqlarınızı telefondan uzaq tutun

28 İyun 2017 16:59

ETSN sosial şəbəkədə yayılmış videogörüntüyə münasibət bildirib

28 İyun 2017 16:57

Cəlilabadda mağaza yandı

28 İyun 2017 16:52

Gəncədə mis, latun oğrusu tutlub

28 İyun 2017 16:49

Arda Turanla sevgilisinin romantik tətili - FOTO

28 İyun 2017 16:47

"Zirə" azarkeşlərə nəqliyyat ayıracaq

28 İyun 2017 16:47

Bred Pitt o iddiaları təkzib etdi

28 İyun 2017 16:42

Çimərlikdə azyaşlı qıza TƏCAVÜZ: 5 suriyalı saxlanıldı

28 İyun 2017 16:38

Çinin CNPC şirkəti Şimali Koreyaya yanacaq satışını dayandırıb

28 İyun 2017 16:37

Luqanskda kəşfiyyat toqquşması: rus hərbçi əsir düşdü

28 İyun 2017 16:37

Məşhur aparıcılar niyə boşandı?

28 İyun 2017 16:30

Qadına 1 yaşlı uşağının ətini yedizdirdilər - ŞOK - VİDEO

28 İyun 2017 16:28

Bakıda 23-cü Dünya Tibbi Hüquq Konqresi keçiriləcək

28 İyun 2017 16:27

"Qarabağ"ın son sınaqçı-rəqibi də müəyyənləşdi

28 İyun 2017 16:27

DİQQƏT: Qazı qurtaran alışqanlarınızı ATMAYIN...

28 İyun 2017 16:18