​FHN: “Sınıq Körpü” sərhəd-keçid məntəqəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətində heç bir çətinlik yoxdur"

19:12 3 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

"Report"un nazirliyin saytına istinadən verdiyi xəbərə görə, FHN bəyanatda Gürcüstanda olan həmvətənlərimizin diqqətinə çatdırır ki, “Sınıq Körpü” sərhəd-keçid məntəqəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətində heç bir çətinlik yoxdur.
“Mazınçay” sərhəd-keçid məntəqəsində isə Loqodexi rayonu istiqamətində qar yağması ilə bağlı avtomobil yollarında çətinliklər yaranıb. Nəqliyyatın maneəsiz hərəkətini təmin etmək üçün FHN tərəfindən bu ərazidə xüsusi xilasetmə qrupu yaradılıb. Azərbaycan vətəndaşlarına tövsiyə olunur ki, yolda çətinliklə üzləşdikləri zaman Gürcüstanın müvafiq qurumları (112) ilə yanaşı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin +994125123915 nömrəli qaynar xəttinə müraciət etsinlər.

Xəbərin orijinal ünvanı: http://report.az/i-nfrastruktur/fhn-siniq-korpu-serhed-kecid-menteqesi-istiqametinde-neqliyyat-vasitelerinin-hereketinde-hec-bir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR