Kanadada yaşayan azərbaycanlı qızın uğurları

Kanadada yaşayan azərbaycanlı qızın uğurları
19:13 3 Yanvar 2016
88 Digər
Ölkə mətbuatı
A- A+


Vaşinqton, 3 yanvar, Yusif Babanlı, AZƏRTAC
Kanadanın Kalqari şəhərində yaşayan həmvətənimiz Nikki Səlimova 15 yaşında fiqurlu konkisürmədə mükafat qazanmağa, məktəbdə fərqlənməyə və çoxminli kanadalı auditoriyası qarşısında Azərbaycan musiqisini layiqincə təmsil etməyə nail olub.
Nikki 2000-ci ildə Bakıda doğulub. O, yaş yarımında ikən ailəsi Londona, yeddi ildən sonra isə Kanadaya köçüb. Qış idmanı növlərində uğurları ilə tanınan bu ölkə gənc azərbaycanlı üçün karyerasının başlanğıc nöqtəsi olub.
Həmvətənimiz buz üstündə rəqslər üzrə Alberta əyaləti birinciliyində idmançılar kateqoriyasının gümüş mükafatçısıdır. O, hazırda Kanada çempionatına və 2016-cı ilin Qış Oyunlarına hazırlaşır. Sərbəst proqramına Qara Qarayevin “Yeddi gözəl” baletindən valsı seçib.
Nikki fiqurlu konkisürmə ilə yanaşı, təhsildəki uğurları ilə də fərqlənir. Riyaziyyat, biologiya və kimya Nikkinin sevimli fənləridir. O, məktəb müzakirələrində, regional yarışlarda da iştirak edir. Eyni zamanda, Kalqari şəhərində gimnastika mərkəzində məşqçi köməkçisidir. Nikki bu vəzifəsində gənc atletlərin idmanın müxtəlif növlərində məşqinə kömək edir.
O, həmçinin “Xilas ordusu” (Salvation Army) təşkilatının aztəminatlı ailələrin uşaqlarına yardım göstərilməsi proqramlarında könüllü kimi çalışır. Bundan başqa, Nikki anasının rəhbərlik etdiyi “Azərbaycan irsi” Rəqslər Akademiyasının əsas rəqqasələrindən biridir. O, burada dostları ilə birlikdə azərbaycanlı uşaqların milli rəqsləri öyrənməsinə kömək edir.
Nikki idman potensialından və vərdişlərindən istifadə edərək, Azərbaycan mədəniyyətini və ənənələrini müxtəlif festivallarda və beynəlxalq tədbirlərdə təqdim edir. O, məktəbi əla qiymətlərlə qurtarıb universitetə qəbul olunmağı planlaşdırır.

Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton







Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Kanadada_yasayan_azerbaycanli_qizin_ugurlari-915961

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR