Sabah yğmursuz olacaq

Sabah yğmursuz olacaq
19:22 3 Yanvar 2016
36 Digər
Ölkə mətbuatı
A- A+

Yanvarın 4-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gündüz şimal-qərb küləyi əsəcək.
Milli.Az bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, temperatur gecə 0-3 dərəcə şaxta, gündüz 3-6 dərəcə isti olacaq.

Sabah Azərbaycanın əksər rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Temperatur gecə 3-8 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti təşkil edəcək, dağlarda gecə 9-14 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta, bəzi yerlərdə 3 dərəcəyədək isti təşkil edəcək.

Yollar buz bağlayacaq.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/394977.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR