Qar Azərbaycanda yeni stadionu uçurdu

Qar Azərbaycanda yeni stadionu uçurdu
19:26 3 Yanvar 2016
102 İdman
Ölkə mətbuatı
A- A+

Güclü qar çovqunu, Beyləqan şəhər stadionunun azarkeşlər üçün nəzərdə tutulan sektorunun çardağının uçmasına səbəb olub.

ANS PRESS-in məlumatına görə, 1500 yerlik tribunanın çardağı tamamilə uçub.

Beyləqan Rayon İcra Hakimiyyəti Fövqəladə Hallar Komissiyasının sədri Telman Məsdanov APA-ya stadionun dekabrın 25-dən təmirə dayandırıldığını deyib.


Beyləqan şəhər stadionunun uçmuş çardağı

“Beyləqan şəhər stadionu uzun illər baxımsız vəziyyətdə olub. 2014-cü ilin iyun ayında daxili imkanlar hesabına təmir işləri aparıldı. Ötən ilin sonunda dam örtüyündə yaranan nasazlıq səbəbindən, yenidən təmir işlərinə başlandı. Ötən gün axşam saatlarında isə qar çovğunu dam örtüyünün uçmasına səbəb olub. Fəsadları aradan qaldırırıq , yenidən təmir işləri aparılır”, - deyə o bildirib.


Beyləqan şəhər stadionu

Stadionun inşasına 2014-cü ilin yanvarında başlanılıb. Stadionda 3 min tamaşaçı yerlik tribuna, soyunub-geyinmə, mətbuat, məşqçi, tibb otaqları yaradılıb. Burada, həmçinin rezin tipli altızolaqlı qaçış cığırı, çöl tipli 11 fitnes qurğusu, basketbol, voleybol, mini futbol meydançaları var. Avqustun 28-də stadion istifadəyə verilmişdi.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=368779

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR