Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Günəşli" yanğınında itkin düşənlərin axtarışı davam etdirilir

"Günəşli" yanğınında itkin düşənlərin axtarışı davam etdirilir

Date: 3 January 2016 19:46

FHN “Günəşli” yatağındakı 10-cu özüldə yanğının söndürülməsi və itkin düşənlərin axtarışını davam etdirir.
 
Axşam.az-ın Trend-ə istinadən məlumatına əsasən, “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyi aidiyyəti üzrə tədbirlərini davam etdirir.
 
Hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin “Vixr-5” və “Vixr-8” yanğınsöndürmə gəmiləri fasiləsiz olaraq özüldəki yanğının söndürülməsi, aidiyyəti qurumlarının qüvvələri isə itkin düşənlərin axtarış işlərini həyata keçirir.

Tags:  Günəşli yanğınında itkin düşənlərin axtarışı davam etdirilir

RƏYLƏR


Top news