Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

VÖEN kodu ilə məlumatı necə öyürənməli?

VÖEN kodu ilə məlumatı necə öyürənməli?

Date: 3 January 2016 19:47

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) göstərdiyi "İdarələr üzrə ətraflı məlumat" elektron xidməti vətəndaşların işini asanlaşdırıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, "Elektron hökumət" portalı üzərindən  RYTN-nin təqdim etdiyi xidmət vasitəsilə  idarənin telefon nömrəsi və ya VÖEN kodu daxil edilərək idarə üzrə ətraflı məlumatların əldə edilməsi mümkündür.

E-xidmətdən istifadə qaydası da çox sadədir. Belə ki, xidmətə daxil olmaqla "Telefon üzrə axtarış" bölməsi seçilir, "Telefon" sətrində dövlət qurumunun və ya hər hansısa təşkilatın telefon nömrəsini yazdıqdan sonra "Axtar" düyməsi sıxılır. Bundan sonra həmin formanın içində təşkilatın adı, VÖEN-i, telefon nömrələri və ünvanı cədvəl şəklində əks olunacaq".

"VÖEN üzrə axtarış" bölməsini seçdikdə isə "VÖEN" sətrində qurumun VÖEN-ini yazdıqdan sonra "Axtar" düyməsindən istifadə edilir. Bu halda da həmin formanın içərisində eyniliklə təşkilatın adı, telefon nömrələri və ünvanı cədvəl şəklində görünəcək.
 Milli.Az


Tags:  VÖEN kodu məlumatı öyürənməli


RƏYLƏR


Top news