​Müdafiə Nazirliyi: "Yüzdən çox Ukrayna hərbçisi Donbassda əsirlikdədir"

​Müdafiə Nazirliyi: "Yüzdən çox Ukrayna hərbçisi Donbassda əsirlikdədir"
19:47 3 Yanvar 2016
44 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 3 yanvar. REPORT.AZ/ 100-dən çox Ukrayna hərbçisi Donbassın Kiyevin nəzarəti altında olmayan ərazisində əsirlikdədir.
"Report" xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Stepan Poltorak məlumat verib.
"100-dən bir qədər çox insan əsirlikdədir, lakin bu işi Ukraynanın Təhlükəsizlik Xidməti əlaqələndirir. İş gedir. Biz öz tərəfimizdən problemi həll etməyə çalışırıq, lakin bu elə də sadə deyil, çünki hər dəfə mübadilə şərtləri dəyişir, yeni tələblər və yanaşmalar ortaya çıxır", - deyə o "Ukrainskie novosti" agentliyinə bildirib.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/mudafie-nazirliyi-yuzden-cox-ukrayna-herbcisi-donbassda-esirlikdedir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR