Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanın və Gürcüstanın gənclər təşkilatları arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycanın və Gürcüstanın gənclər təşkilatları arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Date: 3 January 2016 19:53


Tbilisi, 3 yanvar, AZƏRTAC
Tbilisidə səfərdə olan Azərbaycan Gənc Diplomatlar Birliyinin üzvləri yanvarın 3-də Gürcüstanda fəaliyyət göstərən gənclər təşkilatlarının təmsilçiləri ilə görüşüblər.
Gənc Diplomatlar Birliyinin baş katibi Eltun İbrahimov əvvəlcə Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasəti, təmsil etdiyi qurumun fəaliyyəti barədə məlumat verib. Bildirib ki, Gənc Diplomatlar Birliyi bir çox ölkələrin, o cümlədən də Gürcüstanın gənclər təşkilatları ilə əlaqələrin qurulmasında və inkişafında maraqlıdır. Gürcüstanın Azərbaycanlı Hüquqşünaslar Assosiasiyasının dəvəti ilə reallaşan səfərin məqsədi də bu ölkədə fəaliyyət göstərən gənclər təşkilatları ilə əlaqələr qurmaq, mövcud əməkdaşlığı daha da inkişaf etdirməkdir.
Gürcüstanın Azərbaycanlı Hüquqşünaslar Assosiasiyasının təsisçisi Əli Bədirov ötən ilin sonlarında Bakıda gənc diplomatların beynəlxalq konfransında iştirakını xatırladıb, Azərbaycanda olarkən bir sıra gənclər təşkilatlarının rəhbərləri ilə görüşündə əməkdaşlıq məsələlərini müzakirə etdiyini bildirib.
“Borçalı-İrəli” İctimai Birliyinin sədri Məhəbbət İmanov, Gürcüstanın Azərbaycanlı Hüquqşünaslar Assosiasiyasının sədr müavini Əmrah İbrahimov və başqaları çıxış edərək hər iki ölkənin gənclər təşkilatları arasında əlaqələrin inkişaf perspektivlərindən danışıblar. Bildirilib ki, gənclər təşkilatları arasında əlaqələrin genişlənməsi xalq diplomatiyasının hüquqi əsaslarının müəyyən olunmasında, gənclərin maariflənməsində, Azərbaycan və gürcü xalqları arasındakı qədim dostluq əlaqələrinin inkişafında mühüm rol oynayacaq.
Görüşdə gənclərin qarşılıqlı səfərlərinin təşkili, tələbə mübadiləsi, birgə layihələrin hazırlanması və həyata keçirilməsi və s. məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan Gənc Diplomatlar Birliyi ilə Gürcüstan Azərbaycanlı Hüquqşünaslar Assosiasiyası arasında əməkdaşlığa dair sənədin imzalanması barədə razılıq əldə olunub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi


Tags:  Azərbaycanın Gürcüstanın gənclər təşkilatları arasında əməkdaşlıq məsələləri müzakirə olunub


RƏYLƏR


Top news