Atalıq şahzadəni emosional etdi

Atalıq şahzadəni emosional etdi
20:05 3 Yanvar 2016
47 Digər
Ölkə mətbuatı
A- A+

Şahzadə William deyir ki, ata olmaq onu "çox emosional" edib və ona həyatın dəyərli olduğunu anladıb.
Milli.Az BBC-yə istinadən bildirir ki, şahzadə George və şahzadə Charlottenın doğulmasından sonra dünya hadisələri və "övladının böyüməsini görə bilməmək fikri" onu narahat edir, 33 yaşlı şahzadə deyir.
İndi onu "kiçik şeylər" xoşbəxt edir, o atasının "Şahzadənin İnamı" adlı xeyriyyə təşkilatına həsr edilmiş İTV kanalının sənədli filmində deyib.
Şahzadə Charles deyib ki, o oğullarının bir gün onun bu cəmiyyətdəki işini ələ alacağına ümid edir.
Övladları isə deyib ki, onlar atalarının bu təşkilatda işinə "çox hörmətlə" yanaşır.
Qardaşı şahzadə Harry ilə birgə müsahibə verən Kembric hersoqu deyib: "Qəribə olsa da, mən əvvəlkindən daha emosionalam."
"Heç vaxt kiçik şeylərə görə çox narahat olmamışam. Amma indi ən kiçik şeylərə də, dünyada baş verənlərə görə də çox təsirlənirəm, düşünürəm, bu, atalıqdandır."
"Həyatın nə qədər dəyərli olduğunu anlayanda hər şeyi nəzərə alırsan."
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/394986.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR