Yatış forması sevginin indikatoru kimi

Yatış forması sevginin indikatoru kimi
20:18 3 Yanvar 2016
53 Digər
Ölkə mətbuatı
A- A+

Britaniya mətbuatı yeni ilin ilk saatlarından Türkiyə prezidenti Recep Tayyip Erdoğanı gündəmə gətirib. Daha doğrusu onun özü, "Hitler Almaniyasını" müsbət idarəetmə nümunəsi kimi göstərməklə gündəmə gəlib.
"The İndependent" yazır ki, Erdoğan ölkəsinin prezident hakimiyyəti sisteminə keçməsi üçün cəhdlərini gücləndirmək üçün "Hitler Almaniyasını" tarixi nümunə kimi dilə gətirib.
Lakin tənqidçiləri bildirirlər ki, Erdoğanın prezident səlahiyyətlərinin artırılması avtorkratiyaya gətirib çıxara və ölkəni ikiyə bölə bilər.
Milli.Az BBC-yə istinadən bildirir ki, noyabr ayında keçirilmiş parlament seçkiləri artıq Erdoğan hakimiyyətini kifayət qədər möhkəmləndirib. O ölkə konstitusiyasının ziddinə olaraq, prezident kimi siyasətdən yüksəkdə durmaqdansa, özünün hakim AKP partiyasının seçki qələbəsində əlindən gələni edib.
Türkiyənin başqa hökumət rəsmiləri prezidentin dediklərini "malalamağa" çalışıblar. Vəzifəli rəsmilərdən biri "The İndependent" qəzetinə deyib ki, tarixdə prezident üsul-idarəsinin yaxşı və pis nümunələri olub".
"Nasist Almaniyasında lazımi təsisat sistemi olmadığına görə, o tarixin ən rüsvayçı hakimiyyətlərindən biri olub" - deyib rəsmi.

İran ABŞ-ı "yeni sanksiya şivənində" ittiham edir

"The Guardian" qəzeti yazır ki, prezident Həsən Ruhani ABŞ-ı İrana qarşı yeni sanksiyalar barədə xəbərlər yayan medianı manipulyasiya etməkdə günahlandırıb.
Ötən həftə ABŞ qəzetləri "Obama administrasiyasındakı rəsmilərə istinadən" Tehrana qarşı yeni sanksiyaların hazırlandığı barədə xəbərlər yaymışdı.
Bu xəbərlərdə deyilirdi ki, guya rəsmi Vaşinqton İranın ortamənzilli raketləri sınaqdan çıxarması ilə əlaqədar Tehrana qarşı yeni sanksiyalar hazırlayır. İran prezidentinin ABŞ-dan gələn xəbərlərə rəğmən ölkənin raket silahı qüdrətinin artırılmasına sərəncam verdiyi bildirilib. ABŞ qəzetlərində söhbət Honq Konq, İran və Dubayda Tehranın raket sənayesi ilə əlaqəli olan şirkət və şəxslərə qarşı sanksiyalar hazırlandığından gedirdi. "The Wall Street Journal" qəzeti yazmışdı ki, BMT silah müfəttişləri İranın ortamənzilli raketlərinin nüvə başlıqlarını daşımaq qabiliyyətində olduğu barədə gizli hesabat hazırlayıblar.
Hazırda İran, əksinə üzərindəki sanksiyaların qaldırılmasını gözləyir.
"The Wall Street Journal" qəzeti sonradan məlumat verib ki, Vaşiqnton yeni sanksiyaları elan etməkdən son anda daşınıb. Bundan əvvəl İranın Xarici İşlər Nazirliyi bəyanat yayaraq bildirmişdi ki, Tehran Vaşinqtona öz raket proqramının nüvə proqramı ilə əlaqədar olmadığı barədə dəfələrlə məlumat verib.
XİN ABŞ-ı ölkənin daxili müdafiə məsələlərinə qarışmaqda ittiham edib. İran rəsmiləri bildiriblər ki, ölkənin ali rəhbəri ayətullah Əli Xamemei ABŞ tərəfindən hər hansı yeni sanksiyanı iyul ayında imzalanmış nüvə sazişinin pozulması kimi qiymətləndirəcək.

Zibilləmək insan haqqı deyil

Kampaniyanın sənədlərində bildirlir ki, adamların 62 faizi yerə zibil atdığı halda, onlardan yalnız 28 faizi bunu boynuna alır.
"The Telegraph" qəzetində dərc olunmuş məqalədə deyilir ki, yerə zibil atmağa görə cərimələr ikiqat artırılaraq 150 funt sterlinqə (346 manat) çatdırılıb. Britaniya monarxının 90 yaşına həsr olunmuş "Kraliça üçün təmizlik" (Clean for the Queen) kampaniyasının rəhbəri Adrian Evans deyib ki, adamlar innən belə ətrafl zibilləməyə "insan haqqı" kimi baxmamalıdırlar.
İcmalar naziri Marcus Jones deyib ki, zibbilləmək kimi vərdişi yalnız cibə vurulan ziyan cəzası ilə tərgitmək olar. Cənab Jones əlavə edib ki, ictimai yerlərdə zibil tökmək "antisosial" davranış kimi qiymətləndirilməlidir. Hökumət bildirir ki, ötən il supermarketlərdə hər plastik torba üçün müştərilərdən 5 pence alınması artıq müsbət nəticəsini göstərib. İndi ağac başına ilişib yellənən belə torbaların sayı kəskin azalıb.
Kampaniyanın sənədlərində bildirlir ki, adamların 62 faizi yerə zibil atdığı halda, onlardan yalnız 28 faizi bunu boynuna alır. Bu da vurğulanır ki, hökumət ötən il zibillərin yığışdırılmasına 1 milyard funt sterlinq xərcləyib.

Çin: yalnız gözəllər stüardessa ola bilər

"The İndependent" qəzeti People's Daily Online portalına istinadən yazır ki, Çində qızların model və ya stüardessa işinə qəbul olunmaları üçün cəfəng seçmə müsabiqəsi keçirilib.
Şimal-şərqi Çindəki Quingdao məktəbinin minədək məzunu səhnəyə bikinidə çıxarılıb.
Münsiflər səhnədə o tərəf, bu tərəfə gəzən qızlardan stüradessaları və ya modelləri seçməli idilər. Bundan sonra onlar səhnəyə hava bələdçisi uniformalarında da çıxıblar. Müsabiqədə başlıca kriteiya gözəl sima və gözəl vücud idi. Seçilmək istəyənlərin boyu 1, 67 metrdən az olmamalıydı.
Bundan başqa onların bədənlərində cızıq və çapıqların olmamasına diqqət yetirilirdi. Britaniyanın "Daily Mail" qəzeti yazır ki, müsabiqəni keçirən "Oriental Beauty" şirkəti həddən artıq gözəl olanlar üçün boylarının 2 santimetr qısa olmasına güzəşt etməyə hazır olduğunu bildiribmiş.
Çində qızların model və ya stüardessa işinə qəbul olunmaları üçün müsabiqənin keçirildiyi bildirilir.
Bu müsabiqənin tamaşaçıları əsasən model agentliklərinin və hava şirkətlərinin işçiləri idilər.

Yatış forması sevginin indikatoru kimi

"The İndependent" qəzeti yazır ki, ər-arvadın və ya sevgililərin yatış forması onların arasındakı münasibətin vəziyyətindən xəbər verə bilər.
Kürək-kürəyə, lakin toxunmadan yatan cütlər adətən fərd kimi müstəqil və özünə güvənli olsalar da, aralarında dərin bağlar vardır. Dream adlı psixolqlar qrupundan yataq mütəxəssisi Corrine Sweet deyir ki, bütün cütlərin 28 faizi məhz bu sayaq yatır.
Əgər cüt bir-birinə "sarmaşmış" vəziyyətdə yatırsa, deməli onların "bal ayı" hələ davam edir. Amma psixoloq deyir ki, bütün insanların yalnız 2 faizi belə yatır. Belə yatan iki nəfər arasında çox dərin romantik bir bağlılıq vardır.
Britaniyadakı Hertfordshire Universitetinin professoru Richard Wiseman-ın tədqiqatına görə bu və ya digər şəkildə bir-birinə təmasla yatan cütlərin 94 faizi birgəliklərində xoşbəxt olduqlarını bildirirlər. Bir-birinə toxunmadan yatan cütlərin yalnız 68 faizi özünü xoşbəxt hesab edir. Professorun fikrincə, iki fərddən birinin qollarını "qartalsayağı" açaraq yatması və təbii ki, partnyorun məkanını "işğal" etməsi cütün ciddi münasibət probleminə malik olduğunu göstərir.
Belə münasibətlərdə iki partnyordan biri hegemon rol oynayır.
Ən qəribə yatış forması iki nəfərin bir-birinə toxunmadan üzbəzüz yatmasıdır. Mütəxəssislər buna "balış söhbəti" üslubu deyirlər. Xanın Sweet-in fikrincə cütlərin yalnız 3 faizi belə yatır. Belə cütlərdə intimlik və kommunikasiyaya ciddi ehtiyac var.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/394990.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR