Arvadı evdən getdi, özünü avtomobildə partlatdı

Arvadı evdən getdi, özünü avtomobildə partlatdı
20:27 3 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Qaziantepdə həyat yoldaşı tərəfindən tərk edilən bir kişi özünü avtomobilin içərisində partladıb.

Milli.Az modern.az--a istinadən bildirir ki, Qaziantepin Nizip rayonunda yaşayan 40 yaşlı Fehmi Özcan, mübahisə etdiyi həyat yoldaşının uşaqlarını götürərək evi tərk etməsindən sonra bir avtomobillə Yunus Əmrə məhəlləsində boş bir əraziyə gedib. Yanına aldığı 2 ədəd qaz balonunu açan Özcan cibindən çıxardığı alışqanı yandırıb. Özcan partlayan avtomobildə faciəvi şəkildə can verib.

Böyük səs-küylə partlayan avtomobil ətrafdakı vətəndaşlara da qorxulu anlar yaşadıb. Maşının yandığını və içərisində bir nəfərin olduğunu görən vətəndaşlar, polisə və yanğınsöndürmə briqadalarına xəbər verib. Yanğınsöndürmə briqadaları yanğını söndürərkən, hadisə yerinə gələn tibb briqadaları, həmin şəxsin öldüyünü müəyyənləşdirib.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/394995.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR