Osetin futbolçu niyə Azərbaycan vətəndaşlığından imtina edib?

Osetin futbolçu niyə Azərbaycan vətəndaşlığından imtina edib?
20:27 3 Yanvar 2016
33 İdman
Ölkə mətbuatı
A- A+

Millimizin sabiq dayaq yarımmüdafiəçisi Abdulla Abatsiyevin "İnter"dən ayrılma və Azərbaycan pasportundan imtina etmə səbəbinə aydınlıq gəlib.

Qaynar.info-nun əldə etdiyi məlumata görə, Şimali Osetiyanın paytaxtı Vladiqafqazdan olan futbolçunun Bakı klubunu tərk etməsinə səbəb təxminən 2 ay əvvəl ailə həyatı qurmasıdır Hətta onun nikah mərasimi Bakıda olub. 

Ancaq Abatsiyevin həyat yoldaşı Rusiyada şirkətlərdən birində işlədiyi üçün Azərbaycanda yaşamaq istəməyib. Yeni ailə qurmuş Abdulla isə həyat yoldaşına görə Rusiyaya qayıtmalı olub.

Abatsiyevin özü verdiyi müsahibəsində 7 ildi ki, daşıdığı Azərbaycan pasportundan imtinasının səbəblərindən biri kimi Rusiyada legioner sayılmaq istəməməsini göstərib. O bu addımı atmaqda əsas səbəbinin şəxsi olduğunu deyib, ancaq bunu açıqlamayıb. 

Məhz həmin səbəbin başında da həyat yoldaşı amili durur. Yuxarıda qeyd etdiyimiz kimi, xanımı Rusiyada işlədiyindən, Abdullanın Azərbaycanda oynamamalı olduğunu bildirib. Həyat yoldaşını qırmamaq üçün buna razılıq verən Abatsiyev Rusiya klubları ilə danışıqlara başlayıb. Onlar isə əcnəbi sayılmamaq üçün onun Azərbaycan pasportundan imtina etməli olduqlarını bildirib. Futbolçu isə keçidini asanlaşdırmaq üçün yaşıl pasportu aidiyyatı quruma təhvil verməli olub.

Qeyd edək ki, Abdulla Abatsiyev 2009-cu ildə Azərbaycan pasportu alaraq 17, 19, 21 yaşadək millilərimizdə və əsas yığmamızda oynayıb. Onun Rusiyanın "Krılya Sovetov" klubuna keçəcəyi ilə bağlı yazılanlar isə həqiqəti əks etdirmir.

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-osetin-futbolcu-niy-azrbaycan-vtndalndan-imtina-edib-t46558.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR